- 16 Aprel 19:07
Türkiyənin Bursa şəhərində Hüquq fakültəsinin tələbəsi qətlə yetirilib.
E-huquq.az Hukukihaber”ə istinadən xəbər verir ki, hadisə Bursanın Nilüfer mahalında qeydə alınıb.
Vətəndaşlar tərəfindən avtomobildə cəsədi aşkar olunan şəxsin Hüquq fakültəsinin tələbəsi Batuhan D.olduğu bildirilib.
Hadisə yerinə polis və tibb qrupları cəlb edilib.
Onun başından silahla vurulduğu məlum olub.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Avtomobildə tapılan tapança müayinə üçün müsadirə edilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə