Türkiyənin bu bölgəsində güclü fırtına olacaq


  • 8 Aprel 10:53

Sabah Türkiyənin Şərqi Qara dəniz bölgəsində güclü fırtına olacaq.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Meterologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, səhər saatlarında bəzi bölgələrdə 6-8 ballıq fırtına olacaq.

Axşama doğru isə fırtına güclənəcək. Axşam saatlarında bəzi ərazilərdə 9 ballıq fırtınanın olacağı proqnoz edilir.

Bölgədə yaşayan əhaliyə fırtına barədə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər