Ötən ay Avropada “ən isti mart” kimi qeydə alınıb


  • 8 Aprel 10:44

Avropa İttifaqının (Aİ) Kopernik peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, keçən ay Avropada indiyə qədər qeydə alınan “ən isti mart” olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qlobal miqyasda isə bu ilin mart ayı dünyada “ikinci ən isti mart” kimi tarixə düşüb.

Məlumatda qeyd olunub ki, 2025-ci ilin mart ayı orta hesabla 14,06 dərəcə ilə dünyanın ən isti ikinci martı olub. Bu göstərici mart ayı üçün (1850-1900-cü illəri əhatə edir) 1991-2020-ci illərin orta göstəricisindən 0,65 dərəcə və "sənayedən əvvəlki səviyyədən" 1,60 dərəcə yuxarıya uyğundur.

2025-ci ilin mart ayında temperatur ötən ilin eyni dövrü ilə müqayisədə 0,08 dərəcə aşağı olub.

Avropada isə 2025-ci ilin mart ayında orta temperatur 6,03 dərəcə olub. Bu, 1991-2020-ci illərin orta göstəricisindən 2,41 dərəcə yüksəkdir. \

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər