Fəhlələri daşıyan 2 avtobus toqquşub: 18 nəfər yaralanıb


  • 8 Aprel 10:35

Türkiyənin Tekirdağ şəhərində ağır yol nəqliyyat hadissi qeydə alınıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Tekirdağın Çerkezköy rayonunda fəhlələri daşıyan iki avtobus toqquşub.

Qəza nəticəsində 18 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis, jandarma və tibbi yardım qrupları cəlb edilib.

Xəsarət alan 18 nəfər Çerkezköy və Çorlu xəstəxanalarına aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər