Çanaqqalada bir kənd karantinə alındı


  • 8 Aprel 10:31

Türkiyənin Çanaqqala vilayətində bir kənd karantinə alınıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsi məlumat yayıb.

Məlumata görə, Çanaqqalanın Çan rayonundakı kəndlərdən birində dabaq xəstəliyi ilə əlaqədar karantin elan edilib.

Kliniki müayinə və laborator analizlərdən sonra xəstəliyin yayılmasının qarşısının alınması və heyvanların sağlamlığının qorunması məqsədilə kənddə karantin tətbiq edilib.

Kənddəki bütün heyvanlar üçün dabaq xəstəliyinə qarşı peyvəndləmə işlərinə başlanılıb.

Bölgəyə heyvan və heyvan mənşəli məhsulların giriş-çıxışına məhdudiyyət qoyulub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər