- 16 Aprel 19:07
Türkiyənin Ərzurum şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, karqo şirkətinə məxsus yük maşınının 6 avtomobilə çırpılması nəticəsində 8 nəfər yaralanıb.
Qəza yerinə çox sayda polis, xilasetmə, AFAD və təcili yardım qrupları cəlb edilib.
Qəzanın baş verdiyi yol nəqliyyatın hərəkətinə bağlanıb.
Yaralılar Ərzurum Şəhər Xəstəxanasına və Atatürk Universiteti Araşdırma Xəstəxanasına aparılıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Şəbnəm Mehdizadə