- 13:16
ABŞ Prezidenti Donald Tramp Pekinin Amerikanın rüsumlarına qarşı cavab tədbirlərini ləğv etməyəcəyi təqdirdə, aprelin 9-dan etibarən Çin mallarına 50 faizlik əlavə gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.
E-huquq.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
Amerika prezidenti xatırladıb ki, Çin dünən ABŞ-yə qarşı 34 faizlik əlavə rüsumlar tətbiq edib.
“Çin uzun müddətdir davam edən ticarət sui-istifadələri ilə yanaşı, sabaha qədər 34 faizlik artımını geri götürməsə, Birləşmiş Ştatlar 9 aprel 2025-ci il tarixindən etibarən Çinə 50 faizlik əlavə rüsum tətbiq edəcək. Bundan başqa, Çinlə onların bizimlə tələb etdikləri görüşlərlə bağlı bütün danışıqlar dayandırılacaq”, - Tramp vurğulayıb.