İzmirdə 12 cinayətkar şəxs yaxalanıb


  • 7 Aprel 17:57

Türkiyənin İzmir şəhərində cinayət əməli törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq cinayətlərini törətdikləri iddia edilən şübhəlilər barəsində həbs qərarı çıxarılıb.

Təhlükəsizlik qrupları Buca, Torbalı və Seferihisar rayonlarında 11 ünvanda eyni vaxtda əməliyyat keçirib.

Əməliyyat zamanı aralarında təşkilatın rəhbəri olduğu bildirilən şəxs də olmaqla 12 şübhəli yaxalanıb.

Şübhəlilərin yaşayış və iş yerlərində aparılan axtarışlar zamanı cinayət yolu ilə əldə edilmiş 2 silahvə pul ələ keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər