- 13:16
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3 564 nəfərə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Myanmada hərbi hökumətin inzibati orqanı olan Myanma Dövlət İdarəetmə Şurası (SAC) məlumat yayıb.
Təbii fəlakət zamanı yaralananların sayı isə 5012-ə çatıb.
Zəlzələdə itkin düşən 200-dən çox insanın axtarış-xilasetmə işləri davam edir.
Şəbnəm Mehdizadə