ABŞ-də dəhşətli hadisə: qızını və qardaşı uşaqlarını bıçaqladı


  • 7 Aprel 17:43

ABŞ-nin Nyu-York şəhərində qardaşının evinə gedən kişi öz qızını bıçaqla yaraladıqdan sonra qardaşı uşaqlarına hücum edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı kişi Nyu-Yorkun Bruklin səmtində qardaşının evində olarkən 4 balaca qıza balta və bıçaqla hücum edib.

Qızlardan biri evdən qaçmağa müvəffəq olub və polisə zəng edərək məlumat verib.

Polis hücumçuya atəş açmalı olub.

Hadisəni törədən şəxs və qızlar xəstəxanaya aparılıb.

Ailə üzvləri təcavüzkarın əvvəllər psixi problemlərinin olduğunu bildiriblər.

Polis hücumun səbəblərini araşdırır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər