- 13:42
Almaniyada bir mənzildə 3 nəfərin meyiti tapılıb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, ölkənin Vestervald bölgəsində yerləşən və 2200 əhalisi olan Veytefeld kəndində bir ailənin 3 üzvü naməlum şəxs tərəfindən qətlə yetirilib.
Cinayətkar hadisə yerindən qaçmağı bacarıb.
Polis hadisə ilə bağlı əməliyyat başladıb.
Ölənlərin 47 yaşlı kişi, 44 yaşlı qadın və 16 yaşlı oğlan olduğu müəyyən edilib.
Bölgədə yaşayan digər sakinlərə evlərini tərk etməmək barədə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə