- 20:45
Almaniyanın Duysburq şəhərində hədə xarakterli elektron məktublarla əlaqdar olaraq məktəblər bağlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Duysburq polisi məlumat verib.
Məlumata görə, hələlik adları müəyyən edilməmiş ekstremistlərin bəzi məktəblərə təhdid dolu elektron məktublar göndərib.
Açıqlamada təhlükə səbəbilə 15 ibtidai və orta məktəbdə təhsilin bir günlük dayandırıldığı və bu çərçivədə 18 min şagirdin məktəbə gedə bilmədiyi qeyd edilib.
Göndərilən elektron məktublarda “təmizlik” ifadəsindən istifadə olunub.
Bu söz nasistlərin dövründə yəhudi, sinti, qaraçı və əlillərə edilən zülmü ifadə edib.
Şəbnəm Mehdizadə