ABŞ vətəndaşlarının 63 faizi ölkələrinin iqtisadi gücünü zəif hesab edir


  • 17:23

ABŞ-də vətəndaşların təxminən 63 faizi ölkələrinin iqtisadi gücünü zəif hesab edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Wall Street Journalda (WSJ) dərc olunub.

KİV-in keçiridyi sorğuda ABŞ-da qeydiyyatdan keçmiş 1500 seçicidən daxili və xarici siyasətlə bağlı fikirləri soruşulub. Sorğunun nəticələrinə görə, iştirakçıların 63 faizi ABŞ-ın iqtisadi gücünü "pis" kimi qiymətləndirib. Rəyi soruşulanların 75 faizi ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumların aldıqları məhsulların qiymətini artırdığı qənaətindədir. Sorğuda iştirak edənlərin 49 faizi Ukraynaya maliyyə yardımının davam etdirilməsini istəsə də, 51 faizi xarici yardımın əhəmiyyətli dərəcədə azaldılmasını müdafiə edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər