Malayziyada antibiotiklərə davamlı "super bakteriyalar" aşkarlanıb


  • 17:07

Malayziyanın Terenqqanu şəhərindəki xəstəxanada antibiotikə davamlı və ölümcül Acinetobacter baumannii ştammı aşkar edilib.

E-huquq.az xəbər verir ki, alimlər sözügedən bakteriyanın dünya miqyasında geniş yayılmış və əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradan GC2 nəslinə aid olduğunu açıqlayıblar.

Tədqiqatçılar 2011-2020-ci illər arasında bölgədən toplanmış 126 bakteriya nümunəsini tədqiq ediblər. Nəticələr bakteriyaların bir sıra antibiotiklərə qarşı müqavimət göstərdiyini üzə çıxarıb. Xüsusilə A.baumannii infeksiyalarında ümumiyyətlə ilk seçim olan karbapenem qrupunun antibiotiklərinə qarşı yüksək səviyyədə müqavimət aşkar edilib.

Araşdırmanın nəticələri Microbial Genomics jurnalında dərc olunub. Tədqiqatın aparıcı müəllifi və Malayziyanın Sultan Zaynal Abidin Universitetinin professoru Chew Chieng Yeo dərmanlara davamlı bakteriyaların yayılmasına qarşı beynəlxalq tədqiqat əməkdaşlığının vacib olduğunu deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər