- 12 Aprel 08:02
İngiltərənin Birmingem şəhərində zərərvericilərin sayı artıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, tullantı və zibil yığanların tətili səbəbiylə küçələrdə təxminən 17 min ton tullantı yığılıb. Son həftələrdə evlərdə siçan və tarakanlarla bağlı müraciətlərin sayı 50 faiz artıb. Bölgədə çalışan zərərvericilərlə mübarizə üzrə mütəxəssis Vill Timms bildirib ki, zibil qutuları çürüyən yeməklər, siçovul və qurdlarla doludur.
1,2 milyon əhalisi olan şəhərdə zibil yığan işçilər həftələrdir iki, işini dayandırıb. Küçələrdə zibil qalaqları arasında siçovul və siçanlar yuva qurub. Hətta bəzi sakinlər evlərində nəhəng siçanlarla qarşılaşdıqlarını deyirlər.
İşçilərin tətil etməsinin əsas səbəbi bələdiyyənin zibil toplama bölməsində bəzi vəzifələrin ləğvi ilə bağlı qərarıdır. İşçiləri təmsil edən “Unite” həmkarlar ittifaqı bildirir ki, bu qərar ilə bəzi işçilərin maaşları ildə 8000 funt-sterlinqə qədər azalıb. Bələdiyyə isə bu iddiaları rədd edir. Açıqlamada bildirilir ki, işçilərə alternativ vəzifələr və ixtisasartırma təklif edilib və heç kim əmək haqqı itkisi ilə üzləşməyib.
Şəbnəm Mehdizadə