İstanbulda polisə atəş açan 2 nəfər zərərsizləşdirilib


  • 15:13

Türkiyənin İstanbul şəhərində polisə atəş açan 2 nəfər zərərsizləşdirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Bakırköy bölgəsində polisin “dayan” xəbərdarlığına silahla atəş açaraq cavab verən iki şübhəli tunelə doğru qaçmağa başlayıb.

Atəş açmağa davam edən şübhəlilərin motosikleti qəzaya uğrayıb.

Şübhəlilər polis tərəfindən zərərsizləşdirilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər