- 20:45
Türkiyədə Ramazan bayramı tətilində 604 yol qəzası baş verib.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O bildirib ki, baş verən qəzalar nəticəsində 72 nəfər ölüb, 8 min 313 nəfər xəsarət alıb.
Nazir yol hərəkət iştirakçılarına ehtiyatlı olmaqla bağlı çağırış edib.
Şəbnəm Mehdizadə