Qonşular arasında dava zamanı 5 nəfər ölüb


  • 14:14

Türkiyənin Sakarya şəhərində qonşular arasında baş verən dava zamanı 5 nəfər ölüb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Sakaryanın Serdivan rayonunda iki qonşu ailə arasında mübahisə düşüb.

Qısa müddət ərzində mübahisə böyüyüb və hər iki tərəf tapança ilə bir-birinə atəş açıb.

Hadisə yerinə polis və tibb qrupları göndərilib.

Xəsarət alan 5 nəfər təcili yardımla müxtəlif xəstəxanalara göndərilib.

Hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər polis tərəfindən saxlanılıb.

Hadisə yerində 4 silah ələ keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər