- 20:45
Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Başakşehir səmtində sərnişin avtobusu idarəetmədən çıxaraq divara çırpılıb.
Qəza nəticəsində 5 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili yardım qrupları cəlb edilib.
Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə