Türkiyədə cinayət təşkilatının 142 üzvü saxlanılıb


  • 13:28

Türkiyənin 8 vilayətində keçirilən əməliyyatlar zamanı 9 ayrı mütəşəkkil cinayət qrupu məhv edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, 19-27 mart tarixləri arasında polis və jandarma qrupları İstanbul, Adana, Kahramanmaraş, Sakarya, Balıkesir, Mersin, Antalya və Kütahyada əməliyyat keçirib.

Əməliyyatlar zamanı 142 şübhəli saxlanılıb.

Saxlanılan şübhəlilərdən 86-ı həbs edilib, 19 nəfər şərti azadlığa buraxılıb.

Axtarışlar zamanı həmçinin silah sursat və narkotik maddələr ələ keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər