Zelenski: Ukraynanın hava hücumundan müdafiəsi dərhal gücləndirilməlidir


  • 6 Aprel 21:26

"Ukrayna Rusiyanın raket terroruna qarşı hava hücumundan müdafiə sisteminin təcili şəkildə gücləndirilməsinə ehtiyac duyur".

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı bəyan edib.

“Bizim hava hücumundan müdafiəmizi gücləndirməyə ehtiyacımız var – bu, obyektiv reallıqdır. Tərəfdaşlarla əldə olunmuş, lakin hələ də həyata keçirilməmiş bütün razılaşmalar aktiv fazaya keçməlidir. Hazırda tərəfdaş ölkələrdə sadəcə anbarlarda saxlanılan "Patriot" sistemləri real şəkildə insan həyatını qorumalıdır”, – deyə dövlət başçısı vurğulayıb.

Oxşar xəbərlər