Belarus ATƏT-lə sıx əməkdaşlıq etmək istəyir


  • 6 Aprel 14:22

Belarus 2026-cı ildə ATƏT çərçivəsində sıx əməkdaşlıq edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin İsveçrədəki səfiri Aleksandr Qaneviç bildirib.

O deyib: "Əlbəttə, Belarus tərəfi bu yolda isveçrəli həmkarları ilə sıx əməkdaşlıq etməyi planlaşdırır. İsveçrənin sədrliyinin prioritetləri hələ rəsmən açıqlanmayıb. Eyni zamanda, regionda təhlükəsizlik və sabitlik məsələsinin həm sədr ölkə, həm də bütövlükdə təşkilat üçün əsas mövzu və çağırış olacağı göz qabağındadır".

2026-cı ildə ATƏT-ə İsveçrə sədrlik edəcək. Qaneviçin fikrincə, isveçrəli diplomatlar hazırkı son dərəcə mürəkkəb vəziyyətdə ən yaxşı bilik və bacarıqlarını nümayiş etdirməli olacaqlar.

Belarus səfiri quruç qarşısında duran minimum vəzifənin təşkilata üzv ölkələr arasında etimad mühitinin bərpa etmək olduğunu söyləyib.

Oxşar xəbərlər