- 21:40
Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NSYM) iştirakına yenidən baxılmalıdır.
E-huquq.az xəbər verir ki, İran parlamentinin Rəyasət Heyətinin üzvü Əhməd Naderi belə deyib.
Ə.Naderi bildirib: “Gerçək zəmanətlər olmadan NSYM-yə üzvlüyün davam etdirilməsi nəinki İranın təhlükəsizliyinin təminatı deyil, həm də ölkənin müdafiə potensialının azalmasına gətirib çıxara bilər” .
İran deputatı əlavə edib ki, sözgedən razılaşma İranın təhlükəsizliyinə zəmanət verə bilməyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Vaşinqton və Tehran nüvə proqramı ilə bağlı razılığa gəlməsə, İranı “görünməmiş bombardmanlarla” hədələmişdi.