- 20:45
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ lideri Donald Trampın dəvəti ilə bu gün Vaşinqtona uçacaq.
E-huquq.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabineti məlumat yayıb.
"Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona gedəcək. Liderlər tariflər, İsrail girovlarının qaytarılması səyləri, İsrail-Türkiyə arasındakı münasibətlər, İran təhlükəsi və Beynəlxalq Cinayət Məhkəməsinə qarşı müqavimətlə bağlı məsələləri müzakirə edəcəklər", - deyə məlumatda bildirilir.