Suriya prezidentinin qardaşı Prezident Sarayının baş katibi təyin edildi


  • 6 Aprel 08:10

Suriya prezidenti Əhməd əl-Şaranın qardaşı Mahir əş-Şara Prezident Sarayının baş katibi təyin edilib.

E-huquq.az xəbər verir ki, bu haqda Suriya mətbuatı məlumat yayıb.

Hələlik təyinatı təsdiqləyən rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Mahir əş-Şara Əsəd rejiminin devrilməsindən sonra bir müddət Suriyanın keçid hökumətinin səhiyyə naziri postunu tutub.

Mahir əl-Şara tibb elmləri doktorudur. Onun ikinci təhsili isə səhiyyə sistemlərinin idarə edilməsi üzrə olub.

Oxşar xəbərlər