- 16:56
Britaniya və Fransa Rusiya prezidenti Vladimir Putini Ukraynada atəşkəslə bağlı danışıqları uzatmaqda ittiham edib
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar məsələyə dərhal reaksiya verilməsi üçün Moskvaya təzyiqləri artırıb.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi qeyd edib ki, Putin atəşkəslə razılaşmalı olsa da, Ukraynanı bombalamağa davam edir. "Bunlar mülki şəxslərdir. Bunlar enerji obyektləridir. Biz sizi görürük, Vladimir Putin. Nə etdiyinizi bilirik", - deyə o əlavə edib.
Fransanın xarici işlər naziri Jean-Noel Barrault vurğulayıb ki, Ukrayna üç həftə əvvəl atəşkəs şərtləri ilə razılaşıb və indi Rusiya ABŞ-a cavab verməlidir. "Rusiya kursunu dəyişir, enerji infrastrukturuna hücumlarını davam etdirir, hərbi cinayətlərini davam etdirir. O, tez cavab verməlidir", - deyə o bildirib.
Nazirlər, həmçinin qeyd ediblər ki, Rusiya hərbi kampaniyasını dayandırmaq niyyətində deyil, Putin bazar ertəsi 160 min çağırışçının hərbi xidmətə çağırılması barədə göstəriş verib.
Hər iki xarici işlər naziri ABŞ-ın Ukraynanın NATO-ya üzvlüyünü rədd etdikdən sonra Ukraynaya dəstəyini davam etdirəcəklərini, xüsusən də onun ordusunun gücləndirilməsini vəd ediblər.
Humay Eminqızı