- 18:07
Türkiyənin Bursa şəhərində mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Bursanın Osmanqazi rayonunda xidməti mikroavtobus sürücününü idarəetməni itirməsi nəticəsində aşıb.
Qəza zamanı 5 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə polis, xilasetmə və sağlamlıq qrupları cəlb edilib.
Xilasedicilər tərəfindən çıxarılan yaralılar təcili tibbi yardım maşınları ilə ətrafdakı müxtəlif xəstəxanalara çatdırılıb.
Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Şəbnəm Mehdizadə