Çanaqqalada ağır yol qəzası: ölənlər və yaralı var


  • 1 Aprel 14:51

Türkiyənin Çanaqqala şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Çanaqqalanın Ezine rayonunda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Hadisə yerinə gələn tibb qrupları 3 nəfərin öldüyünü müəyyən edib.

Qəzada yaralan digər avtomobilin sürücüsü Çanaqqala Onsekiz Mart Universiteti Xəstəxanasına aparılıb.

Polis qəza ilə əlaqədar araşdırma aparır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər