Restoranda dava zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb


  • 1 Aprel 14:39

Türkiyənin Çorum şəhərində restoranda baş verən davada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şəhərin Rəcəb Tayyib Ərdoğan küçəsində yerləşən restoranın sahibi keçmiş müdiri ilə görüşüb.

Tərəflər arasında başlayan mübahisə bıçaqlı davaya çevrilib.

Dava zamanı 3 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım qrupları tərəfindən Hitit Universiteti Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.

Yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Digərlərinin vəziyyəti isə ağır olaraq qalır.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər