- 18:07
Malayziyanın paytaxtı Kuala-Lumpurda təbii qaz xəttində baş verən sızma səbəbindən yanğın baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində 112 nəfər xəsarət alıb, 47 ev zərər görüb.
Yerli mediada yayılan məlumatlara görə, qaz sızması səbəbindən boru kəmərində başlayan alovun hündürlüyü 500 metrə çatıb və bir neçə kilometr uzaqdan görünüb.
Yanğınsöndürənlərin hadisə yerində müdaxilələri davam edir.
Humay Eminqızı