- 18:07
Son 3 gün ərzində Türkiyədə 2138 yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, Ramazan bayramı ilə əlaqədar olaraq yol qəzalarının sayı artıb.
Baş verən qəzalarda 27 nəfər ölüb, 3 min 619 nəfər yaralanıb. Həmçinin 528 min 654 avtomobil texniki baxışdan keçirilib.
Nazir ölənlərin yaxınlarına başsağlığı verib.
Şəbnəm Mehdizadə