- 18:07
Türkiyənin Ədirnə və Kırklareli şəhərlərində 23 qanunsuz miqrant aşkarlanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri hər iki şəhərdə qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində yoxlamalar aparıb.
Yoxlamalar zamanı Ədirnədə 14, Kırklarelində isə 9 qanunsuz miqrant tutulub.
Qanunsuz yollarla ölkəyə daxil olduqları müəyyən edilən miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə