Kosovada poçt şöbəsinə əl qumbarası atılıb


  • 1 Aprel 13:55

Kosovoda poçt şöbəsinə iki əl qumbarası atılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kosovo polisi məlumat yayıb.

Məlumata görə, Kosovonun şimalındakı Zveçan şəhərindəki poçt şöbəsinə atılan əl qumbaralarından biri partlayıb, digəri isə polis əməkdaşlarl tərəfindən zərərsizləşdirilib.

Partlayış nəticəsində ölən və yaralananlar olmayıb. Lakin poçt şöbəsinə ziyan dəyib.

Kosovo polisi bu hücumu qətiyyətlə pisləyib və cinayətkarların müəyyən edilməsinə kömək etmək üçün əməkdaşlığa çağırıb.

Faktla bağlı araşdırma başladılıb.

Humay Eminqızı

Oxşar xəbərlər