Türkiyədə fabrikdə güclü yanğın olub


  • 1 Aprel 14:03

Türkiyənin Siirt şəhərində fabrikdə yanğın baş verib.

E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin Gökçebağ qəsəbəsində yerləşən fabrikdə naməlum səbəbdən yanğın başlayıb. Qısa müddətdə böyüyən alov bütün fabriki əhatə edib. Bölgəyə yanğınsöndürmə briqadası, təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib.

Yanğın zamanı tüstüdən zəhərlənən 11 nəfərə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan bir nəfər isə Siirt Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb. Hadisə nəticəsində fabrikə ziyan dəyib.Hadisənin səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər