Myanmada zəlzələ qurbanlarının sayı 2,7 mini keçdi


  • 1 Aprel 11:25

Myanmada baş verən dağıdıcı zəlzələ qurbanlarının sayı 2,7 mini keçib.

E-huquq.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Dağıntılar altından bu günə kimi 2 719 nəfərin cəsədi çıxarılıb.

Çin prezidenti Si Tsinpin sözlərinə görə, Pekin Myanmanın zərər çəkmiş rayonlarının sakinlərinə təbii fəlakətin nəticələrini aradan qaldırmaq və evlərini tez bir zamanda bərpa etmək üçün dəstək verməyə hazırdır. Çin tərəfi qonşu respublikaya humanitar yardım kimi 100 milyon yuan (təxminən 13,8 milyon dollar) ayıracağına da söz verib.

Xatırladaq ki, Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.

Humay Eminqızı

Oxşar xəbərlər