- 1 Aprel 17:33
“Son bir həftə ərzində Rusiya ordusunun 400-dən çox artilleriya sistemi, bu il isə 4 mindən artıq belə qurğusu məhv edilib”.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Telegram kanalında məlumat verib.
2024-cü ildə isə Rusiya ordusunun 13 064 artilleriya sistemi itirdiyi vurğulanır.
Həmçinin bildirilir ki, ötən il Ukrayna ordusu Rusiaynın 40 təyyarə, 5 helikopter, 5 gəmi/qayıq, 3691 tank, 1 ədəd müdafiə sistemi, 4490 PUA, 313 reaktiv yaylım atəş sistemini sıradan çıxarıb.
2024-cü ildə Rusiya silahlı qüvvələrinin canlı itkisinin təxminən 430 320 nəfər olduğu da vuğulanır.