Ermənistanda həkimlər gənc qadının ölümündə günahlandırılır


  • 31 Mart 23:31

Ermənistanda tibb mərkəzində 25 yaşlı Silva G. adlı qadın ölüb.

E-huquq.az xəbər verir ki, qadının ölümündə yaxınları “Artaşat” tibb mərkəzinin həkimlərini günahlandırırlar.

Ölən erməninin qardaşının sözlərinə görə, bacısı həkimlərin səhv dərman verməsindən dünyasını dəyişib.

Böyrəyində problemi olan qadın əvvəlcə “Artaşat” tibb mərkəzində olub. Sonra “İrəvan” tibb mərkəzinə aparılıb.

Vəfat edənin yaxınları günahkarların cəzalandırılmasını tələb edirlər.

Oxşar xəbərlər