Netanyahunun iki yaxın adamı tutuldu, özü prokurorluğa çağırıldı


  • 31 Mart 21:17

İsrailin Baş naziri Binyamin Netanyahunun sözçüsü Eliezer Feldstein və müşaviri Conatan Uriç “Katargate” istintaqı ilə əlaqədar həbs edilib.

E-huquq.az xəbər verir ki, həbs qərarı israilli iş adamı Gil Bilgerin Qətərdə işləyən ABŞ vətəndaşından Feldisteinə köçürmənin üzə çıxmasından sonra verilib.

"Katargate" istintaqı çərçivəsində həbs edilənlər "xarici agentlə əlaqə" və "çirkli pulların yuyulması" maddələri ilə ittiham olunurlar.

B.Netanyahu özü də prokurorluğa ifadə verməyə çağırılıb.

Oxşar xəbərlər