Qəzzada bir gündə 64 nəfər həlak oldu


  • 31 Mart 10:02

Martın 30-da İsrailin aviazərbələri nəticəsində Qəzza zolağının müxtəlif bölgələrində azı 64 nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb .

Bildirilir ki, Cəbəliyyə, Deyr əl-Bələh, Qəzza, Xan Yunis şəhərləri və onlara bitişik yaşayış məntəqələri bombardmana məruz qalıb.

Qəzza Səhiyyə Nazirliyi məlumata şərh verməyib. Fələstinin HƏMAS hərəkatı ölənlər arasında uşaqların da olduğunu iddia edir.

Oxşar xəbərlər