Mərakeş kralı 1500-dən çox məhbusu əfv etdi


  • 31 Mart 08:19

Mərakeş kralı VI Məhəmməd Ramazan Bayramı münasibətilə 1533 məhbusu əfv edib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, terrorizm və ekstremizmdə təqsirli bilinən 31 nəfər də amnistiyaya düşüb.

Qanunla Mərakeş kralı milli və ya dini bayramlarda müxtəlif cinayətlərə görə məhkum olunanları əvf edə bilər.

Oxşar xəbərlər