Tramp yenidən prezident seçilmək istəyir


  • 30 Mart 23:48

ABŞ prezidenti Donald Tramp “NBC News”a deyib ki, o, üçüncü dəfə prezident seçilə biləcəyindən danışarkən zarafat etmir.

E-huquq.az xəbər verir ki, ölkə Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci əlavəyə əsasən, eyni şəxs iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilər.

“Zarafat etmirəm. Bu barədə düşünmək hələ tezdir”, - deyə Tramp bildirib.

Tramp üçüncü müddətə Amerika administrasiyasının başında qalmağın bir neçə yolunun olduğunu qeyd edib. Onun sözlərinə görə, belə yollardan biri vitse-prezident Ceyms Devid Vens ən yüksək dövlət postuna seçilir, bundan sonra isə səlahiyyətlərini ona ötürür.

“Çoxları bunu etməyimi istəyir. Bununla belə, mən onlara deyirəm ki, qarşımızda hələ çox iş var, biz idarəetmənin ilkin mərhələsindəyik”.

Trampın üçüncü müddətə dövlət başçısı seçilməsi üçün ABŞ konstitutsiyası dəyişməlidir. Birinci halda, Konqresdə üçdə iki səs tələb olunacaq. İkinci halda, ştatların üçdə ikisi (50-dən 34-ü) düzəlişlər təklif etmək üçün konstitusiya konvensiyasını çağıra bilər. Hər iki üsul 50 ştatdan 38-i tərəfindən düzəlişlərin sonradan ratifikasiya edilməsini tələb edir.

“NBC News” xəbər verir ki, respublikaçıların Senatda və Nümayəndələr Palatasında inamlı çoxluğa malik olmadığını nəzərə alsaq, qurultay variantı onlar üçün daha realdır.

Mənbə: APA

Oxşar xəbərlər