- 11:25
Ermənistanda seçkiöncəsi sükut günü məhdudiyyətlərin pozulması ilə bağlı “Müstəqil müşahidəçi” missiyasın Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Müstəqil Müşahidəçi missiyasının nümayəndəsi Daniel İoannisyan açıqlama yayıb.
O bildirib ki, Gümrü seçkilərində iştirak edən arxiyepiskop Baqrat Qalstanyan bu gün Seçki Məcəlləsinin 19-cu maddəsini pozaraq internetdə fəal təbliğat və əks-təbliğat aparıb.
Missya təmsilçisi vurğulayıb: “Sözügedən əməl inzibati xəta hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 40.1-ci maddəsinə əsasən 400-600 min dram məbləğində cərimə edilir”.