- 00:22
Fələstin hərəkatı HƏMAS Qəzza zolağında atəşkəsin tətbiq edilməsi üçün bir neçə girovu azad etməyi planlaşdırır.
E-huquq.az xəbər verir ki, bu barədə İsrailin "Kan" televiziya və radio şirkəti məlumat yayıb.
HƏMAS atəşkəsin bərpa olunması qarşılığında bir neçə girovu, israilli və amerikalı vətəndaş olan əsgər İdan Aleksander azad etməyə hazırdır.
Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını yenidən bərpa edib.