- 22:08
“Biz Amerikanın Arktikada lider olmasını təmin etməliyik”.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti JD Vens Qrenlandiyada Pituffik aviabazasında hərbi qulluqçularla görüşü zamanı Arktikanın strateji əhəmiyyətindən danışıb.
Vens bölgənin təhlükəsizliyinin əvvəlki illərə nisbətən azaldığını bildirib:
“Bu ətraf ərazi 30-40 il əvvəl olduğundan daha az təhlükəsizdir, çünki bəzi müttəfiqlərimiz hərəkətə keçməyib".
ABŞ vitse-prezidenti Danimarkanın Qrenlandiyanı təhlükəsiz saxlamadağını qeyd edib.
O, ABŞ-ın Qrenlandiya xalqının öz müqəddəratını təyin etmə hüququna hörmət etdiyini vurğulayıb.
“Əgər Amerikaya raket atılacaqsa, ilk xəbərdarlığı Qrenlandiyada yerləşən hərbi qüvvələr verəcək”, - Vens əlavə edib.
Vitse-prezident ABŞ-ın Qrenlandiyadakı hərbi bazasının əhəmiyyətini də izah edib:
“Qrenlandiya niyə bu qədər vacibdir? Biz bilirik ki, Rusiya, Çin və digər xalqlar Arktika keçidlərinə, Arktika dəniz yollarına və Arktika ərazilərinin faydalı qazıntılarına fövqəladə maraq göstərirlər. Biz Amerikanın Arktikada lider olmasını təmin etməliyik".
Vens təhlükəsizlik məsələlərində ABŞ-ın daha çox sərmayə qoymalı olduğunu bəyan edib:
“Biz hamı ilə yaxşı münasibətlərə malik olmaq istəyirik. Amma yaxşı münasibətlərə malik olmağın bir hissəsi, lazım olduqda, gücünüzü göstərməkdir. Təəssüf ki, təhlükəsizlik məsələsinə gəldikdə, Qrenlandiyanın son 20 ildə hekayəsi ondan ibarətdir ki, biz az sərmayə qoymuşuq… bu dəyişməlidir".
O, Qrenlandiyanın öz gələcəyi ilə bağlı verəcəyi qərara da toxunub:
“Bəli, Qrenlandiya xalqı öz müqəddəratını təyin etməyə hazırlaşır. Ümid edirik ki, onlar Birləşmiş Ştatlarla tərəfdaşlığı seçəcəklər, çünki biz yer üzündə onların suverenliyinə və təhlükəsizliyinə hörmət edən yeganə dövlətik. Çünki onların təhlükəsizliyi bizim təhlükəsizliyimizdir.
ABŞ Qrenlandiyanın öz müqəddəratını təyinetmə yolu ilə müstəqillik qazanmasını və sonra onlara qoşulmaq üçün danışıqlara başlamasını gözləyir”.
Vens ABŞ-ın Qrenlandiyaya daha çox Hərbi Dəniz Qüvvələri gəmisi göndərmək istəyini də diqqətə çatdırıb.
Mənbə: APA