- 22:08
ABŞ Dövlət Departamenti 2025-ci il iyulun 1-dək ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bəzi funksiyalarını Departamentə uyğunlaşdırmağı və Administrasiya prioritetlərinə uyğun gəlməyən digər funksiyaları ləğv etməyi planlaşdırır.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanat yayıb.
“Bu gün Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2025-ci il iyulun 1-dək bəzi USAID funksiyalarının Departamentə uyğunlaşdırılmasını və Administrasiya prioritetlərinə uyğun gəlməyən qalan USAID funksiyalarının ləğvini nəzərdə tutan yenidən təşkili həyata keçirmək niyyətləri barədə Konqresə məlumat verib”, – bəyanatda qeyd olunub.