Ermənistanda toxunulmazlıqları ləğv edilən iki deputata qarşı ittihamlar irəli sürüldü


  • 28 Mart 22:00

Ermənistan parlamentinin deputatları Ovik Aqazaryan və Taron Marqaryana qarşı ittihamlar irəli sürülüb.

E-huquq.az xəbər verir ki, bunu Ermənistan Cinayət Məhkəmələrinin mətbuat katibi Liana Rafaelyan deyib.

Qurumdan o da bildirilib ki, hər iki parlamentari barəsində yaşadığı yeri tərk etməmək haqqında iltizam tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl adıçəkilən deputatların toxunulmazlıqları ləğv edilib.

Oxşar xəbərlər