Tailandda güclü zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB


  • 28 Mart 21:02

Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu haqda “Thai PBS” ictimai yayım şirkəti məlumat verib.

Məlumatda həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir.

****

Banqkokda baş verən güclü zəlzələnin nəticəsində həyatını itirənlərin sayı 8 nəfərə yüksəlib.

E-huquq.az xəbər verir ki, şəhər qubernatoru Çadçart Sittipunt bu barədə məlumat verib.

Ölənlərdən 7-nin tikilməkdə olan 30 mərtəbəli binanın uçması nəticəsində həyatını itirdiyi bildirilib.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına görə, Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda da hiss olunub.

***

Banqkokda baş verən güclü zəlzələdən sonra tikilməkdə olan 30 mərtəbəli binaın uçması nəticəsində ən azı üç işçi həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Tailandın baş nazirinin müavini bildirib.

Onun sözlərinə görə, 81 nəfər dağıntılar altında qalıb.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına görə, Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb.

“Myanmar Now” saytının məlumatına görə, zəlzələ ölkənin ikinci böyük şəhəri Mandalayda, eləcə də ətrafdakı Kyaukse, Pyin Oo Lvin və Şvebo bölgələrində hiss olunub.

Hadisə şahidləri Mandalayda bir neçə tarixi binanın uçduğunu, dağıntılar altında qalan insanların ola biləcəyini bildiriblər.

ABŞ Geoloji Xidməti (USGS) Myanma və Taylanddakı güclü zəlzələdə 10,000-dən çox insanın öldüyünü təxmin edir.

***

Tailandda güclü zəlzələ nəticəsində 1 nəfər ölüb, 43 nəfər dağıntılar altında qalıb.

E-huquq.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Banqkokda tikilməkdə olan binanın uçması nəticəsində azı 43 işçi dağıntılar altında qalıb.

Tailandın Baş naziri Banqkokda fövqəladə vəziyyət elan edib.

Çin Zəlzələ Administrasiyasının məlumatına görə, Myanmada baş verən zəlzələ 7,9 bal gücündə olub. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub. Hündürmərtəbəli binalarda yaşayan sakinlər evlərini tərk etməyə çağırılıb.

***

Tailandın paytaxtı Banqkokda güclü zəlzələ nəticəsində tikilməkdə olan 30 mərtəbəli bina uçub.

E-huquq.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə nəticəsində ən azı 43 işçi dağıntı altında qalıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Banqkokda güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, Myanmada ard-arda 7,7 bal və 6,4 bal gücündə iki zəlzələ baş verib.

Yeraltı təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində hiss olunub.

Oxşar xəbərlər