- 14:22
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bildirilib ki, 3400-dən çox yaralı var və 139 nəfər itkin düşüb.
***
09:38
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma KİV-lərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib.
***
09:26
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 800-ü ötüb.
E-huquq.az xəbər verir ki, bu barədə “Myanmar Now” portalı məlumat verib.
***
08:05
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar 694 nəfərin həyatına son qoyub, 1 670 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.
***
2025.03.28 - 19:15
Myanmada baş verən zəlzələ nəticəsində azı 144 nəfər ölüb.
E-huquq.az xəbər verir ki bu barədə AFP məlumat yayıb.
Zəlzələ nəticəsində 732 nəfər isə yaralanıb.
Sayın artacağı ehtimal olunur.
Bu gün Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda da hiss olunub.
Banqkokda baş verən güclü zəlzələnin nəticəsində həyatını itirənlərin sayı 8 nəfərə yüksəlib.
***
Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb.
E-huquq.az xəbər verir ki, dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir.
Zəlzələ Myanmanın Taunqu şəhərində monastırın uçmasına səbəb olub, nəticədə beş köçkün uşaq həyatını itirib. Mandalay bölgəsindəki Şve Pho Şinq məscidində isə cümə namazı zamanı baş verən dağıntı nəticəsində ən azı 20 nəfər həlak olub.
Mandalaydakı tarixi Ava körpüsünün də zəlzələ zamanı dağıldığı, tarixi Mandalay sarayının isə zədələndiyi bildirilir.
Qeyd edək ki, Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.
Tailandda güclü zəlzələ nəticəsində ölənlərin sayı 3-ə yüksəlib, 81 nəfər dağıntılar altında qalıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.
Xilasetmə işləri davam edir, ölənlərin sayının artacağı ehtimal olunur.