- 22:08
Rusiya qüvvələri enerji obyektlərinin atəşə tutulmasına qoyulan moratoriumun şərtlərinə əməl etməyə davam edir.
E-huquq.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.
O, belə obyektlərə Ukrayna tərəfdən hücumların davam etdiyini qeyd edib.
"Ukrayna hərbçiləri moratoriumu pozaraq hər gün Rusiyanın enerji obyektlərinə zərbələr endirmək cəhdləri edir. Rusiya Ukrayna rəhbərliyinin silahlı qüvvələr üzərində nəzarəti olmadığını qeyd edə bilər. Hərbçilər ən azı enerji infrastrukturu obyektlərinə zərbə endirməmək barədə əmrlərə əməl etmir. Zərbə cəhdləri hər gün davam edir", - Kreml nümayəndəsi vurğulayıb.
Peskov qeyd edib ki, Kiyev moratoriumu pozarsa, Rusiya enerji obyektlərinin atəşə tutulmasına qoyulan qadağanın tətbiq edilməməsi hüququnu özündə saxlayır. Onun sözlərinə görə, bunun əksi məntiqsiz olardı.
“Rusiya tərəfi amerikalı həmkarları ilə anlaşma və razılığa gəlib. Bizim moratoriuma əməl etməyimiz və hər gecə enerji infrastruktur obyektlərimizə zərbə endirmək cəhdləri ilə üzləşməyimiz yəqin ki, məntiqsiz olardı", - Kremlin sözçüsü yekunlaşdırıb.