- 22:08
Qara dənizdə müvəqqəti atəşkəs haqqında razılaşma mülki gəmiçiliyə və Qara dəniz regionundakı bütün Ukrayna limanlarına şamil edilir, lakin bu, Rusiya hərbi gəmilərinə aid deyil.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tıxiy bildirib.
“Rusiya hərbi gəmilərinin Qara dənizin şərq hissəsinin hnüdudlarından kənara hərəkəti Ukraynanın milli təhlükəsizliyinə təhdid və azad gəmiçilik prinsipinin pozulması kimi qiymətləndiriləcək”.
Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, bu halda Ukrayna Silahlı Qüvvələri “özünü müdafiə etmək üçün bütün hüquqlara malik olacaq”.
Martın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya bir sıra şərtləri yerinə yetirdikdən sonra Qara Dəniz təşəbbüsü aktivləşdirilə bilər. Onun sözlərinə görə, bunlar BMT Baş katibi Antonio Quterreşin zəmanəti ilə əvvəlki Qara dəniz təşəbbüsünə daxil edilmiş şərtlərlə eynidir.
Martın 25-də Moskva və Vaşinqton Rusiya və Ukraynadakı enerji obyektlərinə qarşı zərbələrlə bağlı müvəqqəti moratorium haqqında razılığa gəliblər. 30 gün ərzində hücuma məruz qalması qadağan edilən obyektlərin siyahısına neft emalı zavodları və neft anbarları, həmçinin atom elektrik stansiyaları və su elektrik bəndlər, boru kəmərləri və digər obyektlər daxildir. Bundan əlavə, Ər-Riyadda aparılan danışıqlar nəticəsində Qara dənizdə atəşkəs və yeni ərzaq sazişi imzalanıb.